"Samsung" $22 mlrd. itirib

19:10 | 10.10.2016

"Samsung" $22 mlrd. itirib

"Galaxy Note 7" modelinin istehsalının dayandırılmasını elan edən "Samsung" şirkətinin səhmləri ucuzlaşmağa başlayıb.
 
"APA-Economics" RNS agentliyinə istinadən xəbər verir ki, Seul fond birjasında ticarət olunan şirkətin səhmlərinin nominal dəyəri 2,05% azalaraq 1,68 mln. von və ya $1500 çatıb.
 
Smartfonların geri çağırılması ilə bağlı xəbər yayıldıqdan sonra şirkətin səhmləri 13% ucuzlaşmışdı. Həmin gün şirkət bazar dəyərinin $22 mlrd. itirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM