Sarkisyan: İrəvanda keçirilən sammitdə yeni baş katib seçilməyəcək

19:10 | 15.10.2016
Sarkisyan: İrəvanda keçirilən sammitdə yeni baş katib seçilməyəcək

Sarkisyan: İrəvanda keçirilən sammitdə yeni baş katib seçilməyəcək

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin seçilməsi məsələsi qurumun İrəvanda keçirilən sammitinin gündəliyindən çıxarılıb”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sammitin yekunlarına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilin sonunda Sankt-Peterburqda müzakirə olunacaq.
 
Qeyd edək ki, oktyabrın 14-də İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Sessiyada Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının prezidentləri, Qazaxıstanın isə baş naziri iştirak edib.
 
KTMT-nın hazırkı baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. N.Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb