Sarkisyan “Putin NATO-su”nun generalları ilə görüşdü

21:00 | 15.04.2016
Sarkisyan “Putin NATO-su”nun generalları ilə görüşdü

Sarkisyan “Putin NATO-su”nun generalları ilə görüşdü

Qarabağda baş verən son hadisələri müzakirə olunub.

Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja, KTMT-in vahid Qərargah rəhbəri general-polkovnik Anatoli Sidorov və KTMT-yə üzv ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələrini qəbul edib.

Oxu.Az Ermənistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş iştirakçıları Sarkisyana iclasın gündəliyinə daxil olan məsələləri və bu məsələlərin KTMT-in hərbi komponentinin gücləndirilməsinə təsiri barədə hesabat təqdim ediblər.

Vahid Qərargahın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair fikir mübadiləsi aparılıb.

Tərəflər təşkilatın Qafqaz regionunda təhlükəsizlik və sabitliyin qorunmasında rolunu, o cümlədən Qarabağda təmas xəttində baş verən son hadisələri müzakirə ediblər.

Sonda Sarkisyan və Bordyuja arasında təkbətək görüş keçirilib. Ermənistanın KTMT-də sədrliyi ilə bağlı məsələlər müzakirə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM