Sarkisyan yeni nazirlər təyin etdi

11:45 | 01.05.2014
Sarkisyan yeni nazirlər təyin etdi

Sarkisyan yeni nazirlər təyin etdi

Ermənistan Prezidenti Serj Sarkisyan Aramais Qriqoryanın ətraf mühitin mühafizəsi naziri təyin edilməsi barədə sərəncam imzalayıb. Bu barədə Trend "Armenia Today"ə istinadən məlumat verir.

Bir müddət əvvəl hökumətin iclasında A.Qriqoryan Ararat vilayətinin qubernatoru vəzifəsindən azad edilmişdi.S.Sarkisyanın digər sərəncamı ilə Ovannes Manukyan Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilərək ədliyyə naziri təyin edilib.Həmçinin Ervand Zakaryan Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilərək enerji və təbii sərvətlər naziri təyin edilib.Sərəncamlar imzalandığı gündən qüvvəyə minib. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb