Sarkisyan yenidən biabırçı durumda

21:03 | 14.05.2017
Sarkisyan yenidən biabırçı durumda

Sarkisyan yenidən biabırçı durumda

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mer seçkilərində səs verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, parlament seçkilərində olduğu kimi bu dəfə də Sarkisyan pərt olub.

Belə ki, 9/18 saylı seçki məntəqəsində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat Sarkisyanın kimliyini tanımayıb. 

Ermənistan prezidentinin barmaq izi götürüləndən sonra o, səs verə bilib.

Xatırladaq ki, aprelin 2-də keçirilən parlament seçkilərində də Sarkisyan oxşar durumla üzləşmişdi. Bununla ikinci dəfədir ki, erməni prezident səs verərkən pərt olur.
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM