Sarkisyanın gizli milyonçusu üzə çıxdı

10:02 | 02.10.2017
Sarkisyanın gizli milyonçusu üzə çıxdı

Sarkisyanın gizli milyonçusu üzə çıxdı

Muradyanın sərvəti bəlli olub

Ermənistan prezidenti Serj Sarkisyanın daha gizli milyonçu yaxını üzə çıxdı. Erməni mətbuatının yaydığı məlumata görə, söhbət Ermənistan Baş Prokurorluğunun xüsusi işlər üzrə Araşdırmalar idarəsinin rəhbəri Vaaqn Muradyandan gedir.

Bəyannaməyə görə, həm də etika komissyasının üzvü olan Muradyan Baş prokurorluqda vəzifəyə 2013-cü ildə təyin edilib. İndi onun 7 evi, hündürmərtəbəli binada 2 qeyri-yaşayış ərazisi, 1 villası, tikintisi və 2 qarajaı var.  45 yaşlı prokuroroun bəyannamədə qeyd edilən pulların miqdarı da maraqlıdır - 68 milyon dram, 660 min dollar, 180 min avro. Maraqlıdır ki, bu ilin 7 ayı ərzində onun maaşı cəmi 4 milyon dram təşkil edib.

Qeyd edək ki, adıçəkilən şəxs Sarkisyana yaxınlığı ilə seçilir. İnformasiyanı yayan erməni saytı isə hələ 2 gün öncə ölkədəki acınacaqlı vəziyyəti şərh etmişdi. Erməni mətbuatında yer alan məlumatda bildirilirdi ki, infilyasiya hər gün artsa da, dövlət xarici borcunu artırmaq üçün yeni kreditlər cəlb etmək planı qursa da, gələn il pensiya və maaşlarda artım olmayacaq. Bu isə o deməkdir ki, təqaüdcülər aldıqları pulla 3, ən yaxşı halda isə 4 gün yaşaya bilərlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM