“Şaxtyor” “Beşiktaş”dan 6 milyon avro tələb edir

19:35 | 27.12.2016
“Şaxtyor” “Beşiktaş”dan 6 milyon avro tələb edir

“Şaxtyor” “Beşiktaş”dan 6 milyon avro tələb edir

"Beşiktaş” "Şaxtyor”un müdafiəçisi Yaroslav Rakitskini heyətinə qatmağa çalışır. 

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu 27 yaşlı futbolçunu hələ yayda tramsfer etmək istəyirdi. Lakin həmin vaxt Donetsk klubu ilə razılıq əldə olunmamışdı. 

İndi "Beşiktaş” yenidən Rakitskini transfer etmək arzusundadır. Məlumatı "Qara qartal”ın prezidenti Fikrət Orman da təsdiqləyib. 

"Şaxtyor” da aparıcı üzvü ilə vidalaşmağa hazırdır. Ukrayna klubu keçidə görə qarşı tərəfdən 6 milyon avro tələb edir. 

Qeyd edək ki, Rakitskinin "Şaxtyor”la müqaviləsi gələn mövsümün sonunda başa çatır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM