Səfir: Qətər Türkiyə üçün maye qaz tədarükünə hazırdır

22:05 | 17.12.2015
Səfir: Qətər Türkiyə üçün maye qaz tədarükünə hazırdır

Səfir: Qətər Türkiyə üçün maye qaz tədarükünə hazırdır

"Hər mənada Türkiyənin yanındayıq”.

Türkiyə bizim üçün qardaş ölkədir. Enerji sahəsində əməkdaşlıq daxil olmaqla, hər mənada Türkiyənin yanındayıq. Türkiyə nə qədər maye qaz (LNG) istəsə, tədarük etməyə hazırıq. 

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Qətərin Ankaradakı səfiri Səlim Mübarək Al-Şafi deyib. 

Al-Şafi qeyd edib ki, Türkiyə ilə Qətər arasında 1,2 milyard kub metrlik maye qaz (LNG) ticarəti mövcuddur. 

Səfir bildirib ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qətər səfərindən sonra, iki ölkənin əlaqələri daha da inkişaf edib. 

Qeyd edək ki, Qətər dünyadakı qaz ehtiyatlarının 14%-nə sahibdir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb