Səfir: “Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”

16:17 | 14.07.2014
Səfir: “Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”

Səfir: “Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”

Türkmənistan Rusiyanı strateji tərəfdaş hesab etsə də, Avrasiya İttifaqına üzv olmayacaq.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov bəyan edib. Diplomatın sözlərinə görə, səfirlərlə görüşü zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad-Moskva tərəfdaşlığının strateji əhəmiyyətini önə çəkib. “Siyasi nöqteyi-nəzərdən Türkmənistanla Rusiya bir-birinə BMT, ATƏT, MDB və digər beynəlxalq təşkilatlarda dəstək verir. Bizim həmçinin Xəzər məsələsi ilə bağlı baxışlarımız eynidir”, - deyə o vurğulayıb. Avrasiya İttifaqına gəldikdə isə B.Rəcəbov qeyd edib ki, Aşqabad xarici siyasətdə əvvəlki kimi ikitərəfli münasibətlərin inkişafına üstünlük verir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM