Səfirdən Azərbaycan xalqına təbrik

12:25 | 28.05.2015
Səfirdən Azərbaycan xalqına təbrik

Səfirdən Azərbaycan xalqına təbrik

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Azərbaycan xalqının Respublika Günü münasibəti ilə təbrik edib.

ANS PRESS-in səfirliyə istinadla verdiyi məlumata görə, təbrikdə deyilir: 

"28 May Respublika Günü münasibəti ilə bütün azərbaycanlıları ən səmimi diləklərimlə təbrik edir, bu vəsiləylə haqlı qüruru və coşğunu ürəkdən paylaşıram. İslam dünyasının ilk demokratik respublikası olaraq yaranan Azərbaycan vətəndaşlarına bu mənalı günün 97-ci ildönümündə sağlamlıq, xoşbəxtlik, müvəffəqiyyət arzu edirəm".

Səfir əlavə edib ki, o dövrdə olduğu kimi, Türkiyədəki qardaşları bu gün və gələcəkdə də hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb