Şəhid mayorumuzun doğum günüdür- FOTOLAR

18:48 | 20.05.2017
Şəhid mayorumuzun doğum günüdür- FOTOLAR

Şəhid mayorumuzun doğum günüdür- FOTOLAR

Bu gün aprel Şəhidimiz mayor Rasim Əbdül oğlu Məmmədovun doğum günüdür. 


Şəhid zabitimiz 1977-ci il mayın 20-də Naxçıvanda Babək rayon Cəhri kəndində Qarabağ əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. 


Mayor Rasim Məmmədov 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Aprelin 5-də doğulduğu kəndə dəfn edilib. Ölümündən sonra Şəhid zabitimiz "Qüsursuz xidmətə görə” ikinci dərəcəli medalı ilə təltif edilib. Şəhidimizin Asim adında oğlu və Aysu adında qızı yadigar qalıb. 


Şəhidimizin atası Əbdül Məmmədov Qarabağ müharibəsində aldığı zədə nəticəsində 25 ildən çox əlil arabasında ömür sürüb. 2016-cı il aprelin 25-də Şəhid oğlunun ölümündən 23 gün sonra vəfat edib. 

Allah rəhmət eləsin!
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM