Şəhid olan hərbçilər dəfn edilir - FOTOLAR

13:33 | 09.04.2016
Şəhid olan hərbçilər dəfn edilir - FOTOLAR

Şəhid olan hərbçilər dəfn edilir - FOTOLAR

 Cəlilabad rayonunda şəhid doğulduğu torpağa tapşırııb.

"Report” xəbər verir ki, cəbhənin təmas xəttində düşmən hücumunun qarşısını alarkən Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini, 19 yaşlı Röyal İmran oğlu Nəsirov Tərtərin Qapanlı kəndində şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin komandir və əsgər yoldaşları, yüzlərlə cəlilabadlı iştirak edib. Şəhid Röyal Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

*** 10:35 
 
Azərbaycan Milli Ordusunun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Bağırzadə Firdovsi Əliş oğlu bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb. "Report"un məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidimizin yaxınlarına səbir diləyib, "Torpağı Vətən edən şəhidlərin qanıdır!" deyə bildiriblər. Onlar Silahlı Qüvvələrimizin son uğurlarını qeyd edərək Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.

Şəhid torpağa tapşırıldıqdan sonra havaya yaylım atəşi açılıb. Tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.
Allah rəhmət eləsin!
 
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM