Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət etdi

11:57 | 30.05.2016
Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət etdi

Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət etdi

Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün Xızı rayonunda baş verən ağır yol qəzası nəticəsində xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 9 nəfərə baş çəkib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, nazir xəsarət alanların səhhəti ilə maraqlanıb və müvafiq göstərişlər verib.
 
Qeyd olunub ki, qəza zamanı ağır bədən xəsarətləri olan 9 nəfərin müalicəsi paytaxtdakı tibb müəssisələrinin birində davam etdiriləcək.
 
Həmin şəxslər Bakıdan gələn təcili tibbi yardım maşınları ilə paytaxta aparılacaq.
 
Qeyd edək ki, ötən gün Xızıda "Hyundai” markalı mikroavtobus dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb