Səhiyyə Nazirliyindən özəl klinikalara xəbərdarlıq

18:30 | 06.01.2015
Səhiyyə Nazirliyindən özəl klinikalara xəbərdarlıq

Səhiyyə Nazirliyindən özəl klinikalara xəbərdarlıq

"Həm özəl, həm də dövlət müalicə-profilaktika müəssisələrində çalışan həkimlər xəstələrə respublikada dövlət qeydiyyatından keçən dərman vasitələrini təyin etməlidirlər. Ona görə də dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin ölkəyə idxalı və istifadəsi qanunvericiliklə qadağandır".
 
ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl klinika həkimlərinin firmalarla əməkdaşlıq edərək müxtəlif dərmanları satmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi digər dövlət orqanları ilə birgə müvafiq işlər görür: "Ümumiyyətlə, həkimin müəyyən stimullar müqabilində hər hansı bir firmaya məxsus dərman vasitələrini xəstələrə təyin etməsi qeyri-qanunidir. Bunun qarşısını almaq üçün bir neçə ildir nazirlik tərəfindən əczaçılıq şirkətləri nümayəndələrinin iş vaxtı müddətində müalicə-profilaktika müəssisələrinə girişi qadağan edilib".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb