Şəhriyar Məmmədyarov sponsor tapıb?

22:19 | 30.03.2019
Şəhriyar Məmmədyarov sponsor tapıb?

Şəhriyar Məmmədyarov sponsor tapıb?

"Sözsüz ki, Maqnus Karlsen favorit sayılır. Ümumiyyətlə, bütün turnirlərin 90 faizində qalib olmağa əsas namizəddir. Amma bu dəfə birinci olmağa çalışacağam. Çünki 2 dəfə qələbə qazanmışam”.


Qaynarinfo xəbər verir ki, bu sözləri "Shamkir Chess” turnirinin açılışında Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib.


O, son zamanlar uğursuz çıxışından danışıb: "Bir turnir mənim üçün uğursuz oldu. Amma sonradan yaxşı oldu”.


Şahmatçımız iddialıların turnirinə vəsiqə qazanmaq şansını da dəyərləndirib: "Bir az çətin olacaq. Artıq reytinqə görə 2 deyil, 1 idmançı getməlidir. Buna görə çətinlik yaranacaq”.


Məmmədyarov sponsor məsələsinə də aydınlıq gətirib. O, gödəkcəsində yazılmış "S” hərfindən danışıb: "Bu geyim sadəcə sponsorun mənə bir hədiyyəsidir. Sponsor məsələləri haqqında sonra danışacağıq”.


"Son zamanlar Azərbaycanın gənc şahmatçılarından kimi iddialı sayırsız” sualına isə o, belə cavab verib: "Belə ad çəkəcəyim adam yoxdur. Şahmatın inkişafı zəifləyib. Gənclərdə o qədər perspektiv görünmür”.


İdmançımız 2020-ci ildə keçiriləcək Olimpiadada uğur qazanmaqdan da söz açıb: "Biz son Olimpiadada uğursuz çıxış etdik. Gümüş medal qazanmaq şansı var idi. Amma alınmadı. İndiyə qədər medal qazanmamışıq. Amma növbəti Olimpiadaya ümid var”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM