Şəhriyar Məmmədyarov yenidən Levon Aroyanla qarşılaşacaq

19:00 | 29.07.2021
Şəhriyar Məmmədyarov yenidən Levon Aroyanla qarşılaşacaq

Şəhriyar Məmmədyarov yenidən Levon Aroyanla qarşılaşacaq

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.
 
Anews xəbər verir ki, son olaraq Levon Aronyan (Ermənistan), Vladislav Artemyev (Rusiya) və Pentala Harikrişnanın (Hindistan) adı 16 nəfərlik siyahıya salınıb.
 
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun "Chessable Masters" adlanan turnirdə mübarizə aparacağı daha əvvəl bəlli olub. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.
 
İyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb