Şəkidə “Oda” - FOTOLAR

22:24 | 30.06.2015
Şəkidə “Oda” - FOTOLAR

Şəkidə “Oda” - FOTOLAR

Müstəqil "Oda” Teatrının üç günlük Şəki qastrolu yekunlaşıb. 


"Qafqazinfo”nun məlumatına görə, bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib:

"Səfər zamanı yeni insanlar tanıdıq, yeni dostlar qazandıq. Bu bizim üçün çox maraqlı oldu. Bu dəfəki qastrolumuzda da mərkəzdə yox ucqar qəsəbədə tamaşa nümayiş etdirdik. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin Yeni Çələbixan adına Mədəniyyət Evində "Tikanlı məftillər” tamaşasını göstərdik. Üç günlük səfərimizdən çox məmnun qayıtdıq. İnsanlara müharibələrin verdiyi fəsadlar haqda fikirlərimizi çatdırdıq”.

Teatr heyəti tamaşadan əlavə məcburi köçkünlərin və xüsusən də uşaqların fikirlərini öyrənib, tamaşa haqda, teatr haqda geniş məlumat veriblər. 
 
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM