OBYEKTİVDƏ: Şəkidə tikilən təhlükəli hotel - ANN.TV

18:10 | 01.07.2015
OBYEKTİVDƏ: Şəkidə tikilən təhlükəli hotel - ANN.TV

OBYEKTİVDƏ: Şəkidə tikilən təhlükəli hotel - ANN.TV

Fotolarda gördüyünüz bu hotel Şəkidə "Teleqüllə" adlanan yerin arxasında tikilir.
 
Şəhərsalma üzrə ekspert, tanınmış inşaat mühəndisi Rahab Qazıyevin verdiyi məlumata görə, hotelin tikildiyi ərazi təhlükəlidir. Onun sözlərinə görə, buna baxmayaraq tikinti işləri neçə illərdir davam etdirilir: "Təhlükənin əsas səbəbi hotelin yerləşdiyi ərazidə olan dağın zədələnməsidir. Əsasən də dağ suxurları parçalandığına görə təhlükənin miqyası daha da artıb. Bundan başqa həmin ərazidə sürüşmə təhlükəsi var. Əgər sürüşmə halı baş verərsə, ordakı yaşayış evlərinin çoxu bu uçqunun altında qala bilər".

İnşaat mühəndisinin bildirdiyinə görə, ümumiyyətlə, o ərazidə kanalizasiya sistemi yoxdur: "Bu problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyi həmin ərazidə ciddi yoxlama işləri aparmalıdır".

ANN.TV-nin çəkiliş qrupunun bu problemlə bağlı hazırladığı video-süjeti və fotoları oxucuların diqqətinə təqdim edirik.
 

 
 
 
 
 
















 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM