Şəmistan Həziyev barədə məhkəmə qərarı çıxarılıb

08:41 | 01.11.2019
Şəmistan Həziyev barədə məhkəmə qərarı çıxarılıb

Şəmistan Həziyev barədə məhkəmə qərarı çıxarılıb

Yasamal rayon məhkəməsi oktyabrın 31-də Şəmistan Həziyevi polisə müqaviməti nəzərdə tutan maddə ilə ittiham edərək onu 30 günlük azadlıqdan məhrum edilməsi barədə qərar verib. 
 
Jurnalist fəaliyyəti ilə məşğul olan Şəmistan Həziyev oktyabrın 31-də  saat 12 radələrində evdən çıxıb və yox olmuşdu. Onun telefonları söndürülmüş və gün ərzində harada olması barədə məlumat almaq mümkün olmamışdı. 
 
Daxili İşlər Nazirliyinə  etdiyimiz uzun müraciətlərdən sonra bəlli oldu ki, Şəmistan Həziyev Yasamal Polis İdarəsinə aparılıb və buna səbəb onun şəxsi Facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasını  dəstəkləyən bir neçə post yerləşdirməsi olub. Amma son olaraq Yasamal məhkəməsinin qərarından bəlli oldu ki, gənc nə jurnalist fəaliyyəti, nə də siyasi baxışlarına görə deyil polisə müqavimətə görə saxlanılıb.
 
Valideynlərinə məhkəmə qərarından sonra zəng vuran gənc, polisə müqavimət göstərmədiyini və sosial şəbəkədə ara-bir yazdığı  bir neçə tənqidi postuna görə, saxlanıldığını bildirib. 
 
Gəncin Facebook səhifəsindən tanış olduğumuz postlarda həqiqətən gəncin AXCP-ə rəğbət ifadə edən postlarına rast  gəlmək olur. Amma onların heç birində gənc hakimiyyətə qarşı dözümsüzlük, itaətsizlik ifadə edən çağırışlara yol verməyib, hər hansı ekstremist şüarlar yerləşdirməyibdir. Odur ki, hüquq mühafizə orqanlarının bu işi yenidən araşdıracağına və gənc barədə yeni qərarın veriləcəyinə ümid edirik. 
 
Xatırladaq ki,  Şəmistan Həziyev ölkənin müxtəlif xəbər portallarında çalışıb və son 6 ay saytımızla əməkdaşlıq edirdi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb