SEPAH-ın komandanı: "5 ölkədə 200 min silahlı gənc hazır vəziyyətdədir"

14:21 | 14.01.2016
SEPAH-ın komandanı:

SEPAH-ın komandanı: "5 ölkədə 200 min silahlı gənc hazır vəziyyətdədir"

Bölgədə baş verənlər imamın zühuru üçün şəraiti hazırlamaqdadır

"İranla ortaq hədəflər uğrunda mübarizə aparmaq üçün 5 ölkədə 200 minə yaxın silahlı gənc hazır vəziyyətdədir".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçilər Qvardiyasının (SEPAH) komandanı Əli Cəfəri Tehranda İslam Təhsili Strateji Araşdırma Mərkəzində keçirilən toplantıda bildirib.

"Bölgədə baş verənlər imamın (12-ci İmam Mehdi ) zühuru üçün şəraiti hazırlamaqdadır. Bunun müsbət nəticəsi olaraq, Suriya, İraq, Əfqanıstan, Pakistan və Yəməndə 200 min silahlı gənc hazır vəziyyətdədir", - o, vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb