Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib

14:21 | 17.08.2016
Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib

Serbiya prezidenti Tomislav Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı bildirib ki, hətta Aİ-nin ümumi xarici siyasəti tələb etsə belə, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
 
"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik. Biz Rusiyaya da, ABŞ-a da bağlıyıq, bu ölkələrdə çoxsaylı serb icması yaşayır”, - deyə Nikoliç bildirib.
 
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cozef Bayden avqustun 15-dən 17-dək Serbiya və qondarma Kosovo respublikasında səfərdədir.  Məlumata görə, Bayden-Nikoliç görüşü  qapalı şəraitdə keçirilib. Mətbuat xidmətinin məlumatına əsasən, Bayden Vaşinqtonun Belqradın ABŞ və Rusiya arasında seçim edəcəyini gözləmədiyini və Serbiyanı avrointeqrasiya yolunda dəstəklədiyini bildirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM