Serbiya və Albaniya milliləri Avropadan “qovuldu” - VİDEO

10:44 | 16.10.2014
Serbiya və Albaniya milliləri Avropadan “qovuldu” - VİDEO

Serbiya və Albaniya milliləri Avropadan “qovuldu” - VİDEO

Avro-2016 çərçivəsində keçirilən Serbiya-Albaniya matçında yaranan gərginlikdən sonra UEFA öz qərarını açıqlayıb.
Axar.az xəbər verir ki, qurum Serbiya və Albaniya milli komandalarının Avro-2016 çərçivəsində bütün oyunlarını ləğv edərək milliləri seçmə mərhələlərdən kənarlaşdırıb.
UEFA-nın mətbuat katibi Pedro Pintonun verdiyi məlumata görə, Avro-2016-dan uzaqlaşdırılan hər iki milli komandanın futbol federasayalarına cinayət işi açılıb.
Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya oyunu yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin hərəkəti olub. İlk hissənin sonlarında Albaniyanın bayrağını uçurublar. Meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviç tullanaraq bayrağı yerə salıb. Bundan sonra komandaların futbolçuları arasında mübahisə yaranıb. Serbiyalı azarkeşlər fayerlər yandıraraq meydana atıblar. Nəticədə görüş qeyri-müəyyən müddətə dayandırılıb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM