Sergey Skripal özünə gəlib

22:42 | 06.04.2018
Sergey Skripal özünə gəlib

Sergey Skripal özünə gəlib

Böyük Britaniyanın Solsberi şəhərində qızı ilə birlikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal kritik vəziyyətdən çıxıb.

Anews.az-ın xəbərinə görə, bu barədə "Reuters” Solsberi xəstəxanasına istinadən məlumat yayıb.

"Associated Press” agentliyi isə S. Skripalın müalicəyə yaxşı reaksiya verdiyini bildirib. Bir gün əvvəl S. Skripalın qızı Yuliyanın da özünü yaxşı hiss etdiyi açıqlanıb və Rusiyadakı bacısı ilə telefon danışığı yayılıb.

Qeyd edək ki, insident martın 4-də Britaniyanın Solsberi şəhərində baş verib. London keçmiş rusiyalı casus və onun qızının sinir-paralitik maddə ilə zəhərlənməsində birbaşa Moskvanı günahlandırır.

Rusiya bu ittihamları rədd edir və Solsberinin Böyük Britaniyanın Müdafiə Nazirliyinin kimyəvi laboratoriyası yaxınlığında yerləşdiyini xatırladaraq, təxribatın olduğuna eyham vurur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM