Sərhəd xidməti xaricdə döyüşmüş 30 azərbaycanlını saxladı

16:38 | 25.12.2014
Sərhəd xidməti xaricdə döyüşmüş 30 azərbaycanlını saxladı

Sərhəd xidməti xaricdə döyüşmüş 30 azərbaycanlını saxladı

2014-cü ildə Azərbaycanın dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozudqlarına görə 16 min 2 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, onların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Moldova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüstan, 2,6% Rusiya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9% Ukrayna, 4,1% digər ölkə vətəndaşları olub.

Bundan başqa, 2014-cü ildə sərhəd pozucuları ilə mübarizə zamanı iki İran vətəndaşı həlak olub, Azərbaycanın Sərhəd Qoşunlarının bir zabiti yaralanıb.

Məlumatda həmçinin qeyd olunur ki, 2014-cü il ərzində Sərhəd Xidməti həmçinin xaricdə döyüşmüş 30 Azərbaycan vətəndaşını saxlayıb, 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb