Sərxoş polis mayoru dərəyə düşdü

15:35 | 19.08.2014
Sərxoş polis mayoru dərəyə düşdü

Sərxoş polis mayoru dərəyə düşdü

Sərxoş polis mayoru avtomobili dərəyə aşırıb. ANS PRESS Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün saat 23:30 radələrində Şəmkir-Gədəbəy yolunun 17-ci km-də, Şəmkirin Qasımalılar kəndi ərazisindən keçən hissəsində Oqtay Muradov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Nəticədə sürücü yaralı halda Şəmkir MRX-na yerləşdirilib. Kəlbəcər Rayon Polis Şöbəsində polis mayoru olan Oqtay Muradov sükan arxasında sürücülük hüququ olmadan əlyəşməklə yanaşı, ağır dərəcəli sərxoş olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM