Səudiyyə 1 günə 50 nəfəri edam edə bilər

20:45 | 27.11.2015
Səudiyyə 1 günə 50 nəfəri edam edə bilər

Səudiyyə 1 günə 50 nəfəri edam edə bilər

Amnesty International hüquq-müdafiə təşkilatı Səudiyyədən gələn edam xəbərləri ilə bağlı narahatlığını bildirib. Belə ki, ölkə mediasının yazdığına görə, hakimiyyət bir gün ərzində terrorçuluqda şübhəli bilinən 50-dən çox adamı edam etməyi planlaşdırır.

"Səudiyyə Ərəbistanında bu il edamların sayının artması bizi bu xəbərləri çox ciddi qəbul etməyə vadar edir,” Amnesty International-ın Yaxın Şərq üzrə direktor müavini James Lynch noyabrın 26-da deyib.

Lynch söyləyib ki, "edamlar həyata keçirilməməli, Səudiyyə ölüm cəzası kəsilən işlərlə bağlı sirr pərdəsini qaldırmalıdır”.

Edamı nəzərdə tutulan bəzilərinin al-Qaeda terror şəbəkəsi ilə bağlı olduğu, digərlərinin isə şiə şəhəri Avaniyadan olduğu bildirilir. Həmin şəhərdə insan haqlarının pozulmasına etiraz aksiyası yatırdılmışdı.

Amnesty International bu ay bildirib ki, bu il Səudiyyədə azı 151 nəfər edam olunub. Ötən il isə krallıqda 90 edam həyata keçirilmişdi. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb