Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qaydaları sərtləşdirdi

23:43 | 18.12.2015
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qaydaları sərtləşdirdi

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qaydaları sərtləşdirdi

"Bu şərtləri pozduğu təqdirdə şirkətlər cəzalandırılacaq”.

Səudiyyə Ərəbistanının Həcc İşləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və Həcc ziyarətini təşkil edən şirkətlər üçün lisenziya qaydalarını sərtləşdirib. 

Oxu.Az xəbər verir ki, bu barədə Saudi Gazette nəşri məlumat yayıb.

"Əgər Məkkə və Mədinədə zəvvarların yaşayışı üçün əlverişli olmayan mənzillərdə yerləşdirildikləri aşkar edilərsə, nazirlik onları otellərin boş nömrələrində yerləşdirəcək və buna sərf edilən xərclər şirkətin bank zəmanətindən çıxılacaq”, - nazirliyin KİV-də dərc olunan bəyanatında deyilir.

Nazirliyin bəyanatında Həcc-operatorları nümayəndələrinin fəaliyyətini təşkil edəcəkləri bir sıra tələblər sadalanır. Şirkətlər zəvvarların yaşaması və nəqli üçün zəruri şərtləri təmin etməlidir. 

Firmalar həmçinin Həcc İşləri üzrə Nazirliyin və krallığın Mülki Müdafiə İdarəsinin bir sıra lisenziyalarını əldə etməlidir. 

"Bu şərtləri pozduğu təqdirdə şirkətlər cəzalandırılacaq”, - məlumatda deyilir. 

Qeyd edək ki, sentyabrın 24-də Məkkədəki Mina vadisində baş verən basabas nəticəsində iki mindən artıq zəvvar həyatını itirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb