Səudiyyə Olimpiadaya qadınları göndərir

18:36 | 18.07.2016
Səudiyyə Olimpiadaya qadınları göndərir

Səudiyyə Olimpiadaya qadınları göndərir


Səudiyyənin Olimpiya Komitəsi Rio de Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarına 4 qadın atlet göndərilməsini təsdiqləyib.

Artıq ikinci dəfədir ki, Səudiyyə qadınları Olimpiadaya qatılır.

Həmin atletlər Sara al-Attar, Lubna al-Omair, Cariman Abu al-Jadail və Wujud Fahmi-dir. Onlar yüngül atletika, qılıncoynatma və cüdo üzrə yarışacaq.

2012-ci il London olimpiadasında 2 səudiyyəli qadın iştirak etmişdi.

Səudiyyə Ərəbistanından qadınların idmanla məşğul olmasına əsas əngəl onların idmanda da sərt geyim kodeksinə əməl etməsi, başdan-ayağa qapanmasıdır.

Bu ölkədə qadınlar üçün gimnaziyalara da az rast gəlinir. Amma hökumət bu yaxınlarda elan edib ki, qadınlardan ötrü "idman zalları”na lisenziya məsələsi 2020-ci ilədək qarşıya qoyulmuş bir hədəfdir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM