Seymur Baycanı sərhəddə saxlayıblar

12:46 | 29.07.2014
Seymur Baycanı sərhəddə saxlayıblar

Seymur Baycanı sərhəddə saxlayıblar

Tanınmış yazar Seymur Baycan Qırmızı körpü (Sınıq körpü) sərhəd-keçid məntəqəsindən Azərbaycan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. Bu barədə "Qafqazinfo"ya yazıçının özü məlumat verib. Dediyinə görə, bu səhər gömrük əməkdaşları onu saxlayaraq bir saat sorgu-sual ediblər: "Mənimlə kobud davrandılar. İzah edə bilmədim ki, onların əyinlərində forma var və belə danışa bilməzlər. Kitablarımı yoxladılar və haralarasa zəng edəndən sonra sərbəst buraxıldım. İndi tədbirə gedirəm. Qayıdıb gələndən sonra bu işin üstünə düşəcəm". Seymur Baycan sorğu-sualdan sonra sərbəst buraxıldığını və sərhədi keçdiyini deyib. Lakin yazıçı Gürcüstana hansı tədbirdə işitrak etmək üçün getdiyini açıqlamaq istəməyib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb