Şimali və Cənubi Koreya bir-birini nüvə zərbəsi ilə hədələdi

13:17 | 07.03.2016
Şimali və Cənubi Koreya bir-birini nüvə zərbəsi ilə hədələdi

Şimali və Cənubi Koreya bir-birini nüvə zərbəsi ilə hədələdi

Şimali Koreya rəhbərliyi Cənubi Koreyanı ABŞ-la keçirdiyi birgə hərbi təlimlər zamanı təxribata yol verəcəkləri halda "ədalətli nüvə zərbələri” endirəcəkləri ilə hədələyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Seul hədələrə cavaba verərək "heç nəyin cavabsız qalmayacağını” deyib.  
"Şimali Koreya öz dağıdıcı, təxribatçı fəaliyyətindən əl çəkməlidir. Pxenyanın təxribatlarına amasız və qəti cavab veriləcək”- deyə Müdafiə Nazirliyi açıqlama verib.  

Şimali Koreya Cənubi Koreya və ABŞ-ın keçirəcəkləri "Key Resolve” və "Foal Eagle” adlı birgə hərbi təlimlərlə bağlı "ədalətli nüvə zərbələri” endirəcəklərini deyib.  

Həmin təlimlər martın 7-də başlayacaq və 30 aprelə qədər davam edəcək. Təlimlərdə 300 min koreyalı və 15 min amerikalı hərbçi iştirak edəcək.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb