ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.
BAKU.WS "ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin araşdırmasına görə, "Bluetooth" standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.
Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !