Sığorta bazarında haqsız rəqabət son qoyulur - VİDEO

23:59 | 02.06.2016
Sığorta bazarında haqsız rəqabət son qoyulur - VİDEO

Sığorta bazarında haqsız rəqabət son qoyulur - VİDEO

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlanıb. Məktubda şirkətlərə icbari sığorta müqavilələri zamanı endirimlər etməmək tapşırılıb. Əks halda onları  ciddi cəzalar gözləyir.

Bəzi sürücülər avtomobillərini müxtəlif endirimlər təklif edən şirkətlərdə icbari sığorta etdirirlər. Endirimlər  sürücülərə sərfəli görünsə də, sığorta bazarında haqsız rəqabət yaradır.

Sözügedən endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirlər hesabına əldə edilir. Belə ki, "İcbari sığortalar haqqında” qanuna əsasən, büdcənin 20 faizi  əsas xərclərə, 15 faizini isə sığorta vasitəçiləri olan agentlərə ayrılır. Endirimlər də qanunsuz olaraq məhz həmin 15 faizin artırılması hesabına formalaşır. Bu isə sonradan müəyyən porblemlərə səbəb olurdu.

İstər haqsız rəqabətin qarşısını almaq, istərsə də ödənişlərdəki problemlərə son qoymaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlanıb.  Məktubda istər  avtomobillərin, istərsə də daşınmaz əmlakın icbari sığortanın satışı zamanı şirkətlərə endirim etməmək tapşırılıb. Qeyd edilib ki, bu tələbə məhəl qoymayan sığorta şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq ediləcək.

Bu isə o anlama gəlir ki, müştərilər ucuz yox,  daha keyfiyyətli xidmət göstərən şirkətlərə  üz  tutacaq. Sığorta şirkətinin keyfiyyəti isə əsasən qəza hadisələri zamanı ödənişləri vaxtında verib-verməməklə ölçülür.

"Xəzər Xəbər” mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edir:


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb