Öskürəkdən qurtulmağın ASAN YOLU

23:14 | 02.02.2017
Öskürəkdən qurtulmağın ASAN YOLU

Öskürəkdən qurtulmağın ASAN YOLU

Havanın soyuması və siqaretdən istifadə öskürək hallarının artmasına səbəb olur.
 
Öskürəyin inkişafının ən əsas səbəbi isə nəfəs borusu və ağciyərdəki xoşagəlməz tullantıların xaric olunmamasıdır. Lakin öskürəkdən sadə bir reseptlə xilas ola bilərsiniz. Bunun üçün evinizdə olan 3 ərzaqdan istifadə edin. Aile.lent.az öskürəkdən xilas olmağın ən asan yolu ilə sizi tanış edir.
 
Ərzaqlar:
 
- 3 stəkan su
- 1 dənə soğan
- 1 dənə limon
- 2 xörək qaşığı bal
 
Hazırlanması:
 
3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Su ilindikdən sonra içərisinə 2 şorba qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.

Qeyd: Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb