Sneyder “Qalatasaray”dan gedir?

18:49 | 02.12.2013
Sneyder “Qalatasaray”dan gedir?

Sneyder “Qalatasaray”dan gedir?

"Qalatasaray"ın futbolçusu Uelsli Sneyder İstanbul klubundan ayrıla bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zədəli olduğu üçün müalicəsini İtaliyada davam etdirməyə gedən yarımmüdafiəçi burada meneceri  Soren Lerbi ilə görüşüb.

Görüş zamanı o, menecerlə yenidən Avropa klublarından birinə transfer olunmaq məsələsini danışıb.

Əgər Sneyderə yaxşı təkliflər gələrsə, hollandiyalı yarımmüdafiəçi yanvar ayında İstanbul klubundan ayrılmaq istəməsini rəhbərliyə bildirəcək.

Qeyd edək ki, "Cim-bom" da Sneyderin İtaliyada olduğunu təsdiqləyib.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM