SOCAR da daxil olmaqla, Ukraynanın 12 iri şirkəti yanacağın qiymətini aşağı salacaq

11:14 | 04.09.2015
SOCAR da daxil olmaqla, Ukraynanın 12 iri şirkəti yanacağın qiymətini aşağı salacaq

SOCAR da daxil olmaqla, Ukraynanın 12 iri şirkəti yanacağın qiymətini aşağı salacaq

Qiymət bazar şəraitinə uyğun olmalıdır

Ukraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb.

"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Antiinhisar Komitəsindən bildirilib.

Qurumdan bildirilib ki, yanacağın pərakəndə satış qiyməti bazar şəraitinə uyğun olmalıdır.

Şirkətlər 10 gün ərzində öz təkliflərini quruma təqdim etməlidir.

Antiinhisar Komitəsində bildiriblər ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb