SOCAR dünyanın nəhənglərinin danışıqlarına qatılır

19:51 | 23.08.2016
SOCAR dünyanın nəhənglərinin danışıqlarına qatılır

SOCAR dünyanın nəhənglərinin danışıqlarına qatılır

Sentyabrın 4-5-də Bolqarıstanın Varna şəhərində 17 nəhəng qaz şirkətinin iştirakı ilə toplantı keçiriləcək.
 
"APA-Economics”in "pronedra.ru” saytına istinadən verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu Bolqarıstan ərazisində qaz kəmərləri şəbəkəsinin yaradılması ilə bağlı planlar olacaq.
 
Görüşdə Azərbaycanı ARDNŞ təmsil edəcək.
 
Qeyd edək ki, danışıqlarda Rusiyanın "Qazprom”, Böyük Britaniyanın BP, Avstriyanın OMV, Almaniyanın RWE, ABŞ-ın "Texas Cheniere Energy” və Yunanıstanın DEPA şirkəti iştirak edəcək. İştirakçılar Bolqarıstan ərazisində qaz kəmərləri şəbəkəsinə "mavi yanacağ”ın tədarükünü müzakirə edəcəklər. Qeyd edilir ki, qaz "Cənub axını” kəməri ilə qısa marşrutla çatdırıla bilər.
 
Konfransda Bolqarıstan baş naziri Boyko Borisov, onun müavini Tomislav Donçev və digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM