SOCAR İşə İcazə Vərəqələrini rəqəmsallaşdıracaq.
Anewa.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
"Bununla əlaqədar şirkətimizin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) və keyfiyyət üzrə korporativ siyasət sənədi, habelə müvafiq standartlar hazırlanıb. Əsas məqsəd bütün müəssisə və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqünə yüksəltməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (IOGP) üzvü olan SOCAR istehsalat əməliyyatlarında bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələrə əməl edir. Şirkət üzrə "Bizi qoruyan qaydalar toplusu” və Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi kimi daxili təlimatlar tərtib olunub, bu istiqamətdə geniş maarifləndirmə işləri aparılıb. SƏTƏMM və keyfiyyət üzrə hazırlanmış yol xəritələri neft və qaz sənayesində tanınmış beynəlxalq API Q1 və Q2 standartlarına uyğunlaşmağa və müvafiq sertifikatların alınmasına kömək edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !