SOCAR neft və qaz hasilatındakı azalmanın qarşısını alıb

20:56 | 17.02.2016
SOCAR neft və qaz hasilatındakı azalmanın qarşısını alıb

SOCAR neft və qaz hasilatındakı azalmanın qarşısını alıb

Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasil edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi üzrə ötən ay 535 435 ton neft hasil edilib.

İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, ötən ay hasilat planı 534 450 ton təşkil edib ki, tapşırığa 100,2% əməl olunub.

Bildirilib ki, yanvar ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub: "2016-cı ilin müvafiq dövründə 473,8 mln. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq bu, 489,5 mln. kubmetrə bərabər olub. Plan 3,3% artıq yerinə yetirilib".

Qeyd olunub ki, Birlik yanvar ayında neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və uğurlu qazma əməliyyatları aparılmaqla artıma nail olub: "Bununla yanaşı, "Azneft” İstehsalat Birliyi kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb".

Məlumata görə, ötən ay fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 16 quyu istismara qaytarılıb. Bu quyulardan 92 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 845 ton neft alınıb: "Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 61 geoloji tədbir keçirilib, nəticədə 1 961 ton neft hasil edilib ki, bu da plana qarşı müvafiq olaraq 23 tədbir çox və 591 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 3 090 ton plana qarşı 3 881 ton neft hasil edilib".

Qurumdan qeyd olunub ki, ötən ay "Azneft” İB-nin sifarişi əsasında 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 1 089 ton plana qarşı 1 338 ton neft hasil edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM