​SOCAR qazlaşdırma üçün əlavə kredit cəlb ediləcək

12:18 | 02.06.2016
​SOCAR qazlaşdırma üçün əlavə kredit cəlb ediləcək

​SOCAR qazlaşdırma üçün əlavə kredit cəlb ediləcək

Azərbaycan ərazisində aparılan qazlaşdırma tədbirlərinin icrası ilə əlaqədar Mərkəzi Bankdan 472 mln. manat həcmində cəlb edilən vəsait istifadə olunub.

 "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımov qeyd edib ki, milli valyutanın devalvasiyası ilə əlaqədar 198 mln. manat həcmində əlavə kreditləşmə üçün Nazirlər Kabinetinə müraciət edilib: "Bu vəsait ya Mərkəzi Bankdan, ya da Azərbaycan Beynəlxalq Bankından cəlb ediləcək".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti