SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb

13:31 | 11.02.2016
SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb

SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb

 Ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli” yatağındakı 10, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində olub.

SOCAR-dan "Report"a verilən məlumata görə, şirkətin vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov onlarla görüşüb, aparılan axtarış işləri haqqında onlara ətraflı məlumat veriblər. İtkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilib, onların bütün sualları cavablandırılıb. Görüşdə bildirilib ki, itkin düşən neftçilərin axtarış işləri davam edən müddətdə onların ailə üzvləri ilə mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb