SOCAR və BP Türkiyədə lisenziya sazişi imzalayıb

14:00 | 28.02.2018
SOCAR və BP Türkiyədə lisenziya sazişi imzalayıb

SOCAR və BP Türkiyədə lisenziya sazişi imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR Turkey Enerji” A.Ş. və BP yeni nəsil təizlənmiş tereftal turşusunun (PTA) istehsalı üçün texnologiyanın istifadəsi barədə lisenziya sazişi imzalayıb.

Trend-in məlumatına görə, sazişə əsasən qeyd olunan avadanlıq Türkiyənin Əliağa yarımadasında istifadə olunması üçün təqdim ediləcək.

SOCAR bu texnologiya vasitəsilə ildə 900 min ton PTA istehsal etmək niyyətindədir. Bu qurğunun 2023-cü ildə yekun investisiya qərarının qəbul edilməsindən sonra işə salınması planlaşdırılır.

Qeyd edək ki, PTA tekstil və sənaye qablaşdırmasında istifadə olunan mürəkkəb poliefirlər üçün xammal kimi istifadə olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM