SOCAR və “Petronas” arasında əlavə sənəd imzalandı

16:02 | 03.09.2015
SOCAR və “Petronas” arasında əlavə sənəd imzalandı

SOCAR və “Petronas” arasında əlavə sənəd imzalandı

Sentyabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın "Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
ANN.Az SOCAR-a istinadən xəbər verir ki, qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd edib, SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
 
Görüşdə "Şahdəniz” layihəsində "Statoil”un payının "Petronas” tərəfindən alındığı xatırlanıb. Rövnəq Abdullayev qonaqlara "Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.
 
Datuk van Zulkiflee van Ariffin "Petronas” nümayəndə heyətinin üzvlərini SOCAR rəhbərliyinə təqdim etmiş, iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirilib. SOCAR prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulamış, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda SOCAR və "Petronas” arasında "Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Petronas” şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin imzalayıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb