​SOCAR yeni zavod tikir

13:36 | 05.02.2016
​SOCAR yeni zavod tikir

​SOCAR yeni zavod tikir

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "Maire Tecnimont" şirkəti arasında yüsək sıxlıqlı polietilen zavodunun inşası layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik təchizatı və tikinti üzrə sabit qiymətli müqavilə imzalanıb.

"Report" xəbər verir ki, müqaviləyə əsasən, müəssisənin istismara verilməsinə qədər mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materailların satın alınması, quraşdırılması və tikinti işləri İtaliya şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, müqavilənin dəyəri 180 mln. dollar təşkil edir.

Müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliya şirkətinin baş icraçı direktoru Pyerroberto Folciero (Pierroberto Folgiero) imzalayıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb