Soçidə 25 saatlıq unikal futbol oyunu keçiriləcək

23:00 | 02.07.2020
Soçidə 25 saatlıq unikal futbol oyunu keçiriləcək

Soçidə 25 saatlıq unikal futbol oyunu keçiriləcək

Rusiyanın Soçi şəhərində futbol ultramarafonu keçiriləcək. 

"Report"un məlumatına görə, avqustun 8-də start götürəcək oyunun Rekordlar Kitabına düşəcəyi güman olunur. 

Soçidəki idman məktəbinin futbol meydanlarına 25 saat ərzində müxtəlif yaş qrupundan 3 000-dək şəhər sakininin çıxacağı gözlənilir. Onlar ən uzun müddətli kütləvi matçda iştirak edəcəklər. 

Ultramarafon zamanı "Soçi" və "Jemçujina" komandaları da üz-üzə gələcək. Qarşılaşma iştirakçıları arasında Rusiya yığmasının keçmiş kapitanı Aleksey Smertin, habelə, millinin keçmiş futbolçuları Dmitri Bulıkin və Dmitri Sennikovun da iştirakı gözlənilir. 

Şəhər meri Aleksey Kopayqorodski ultramarafonun yalnız müsbət epidemioloji şərait nəzərə alınmaqla keçiriləcəyini vurğulayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb