Somalidə terrorçular şəhəri ələ keçiribl

18:40 | 08.06.2017
Somalidə terrorçular şəhəri ələ keçiribl

Somalidə terrorçular şəhəri ələ keçiribl

Bari Yusuf Məhəmməd: "Şəhərlə əlaqə kəsildiyindən qurbanların sayını dəqiqləşdirmək mümkün deyil”

Terrorçu "Aş-Şabab” qruplaşmasının Somalinin şimal-qərində yerləşən Af Urur şəhərini ələ keçirməsi nəticəsində 60-da çox hərbçi ölüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu regionun qubernatoru Bari Yusuf Məhəmməd bildirib.

"İyunun 8-də səhər saatlarında "Aş-Şabab” Af Urur şəhərnə hücum edib. Hərbçilərin sayı az olduğundan terrorçular şəhəri ələ keçiriblər. Şəhərlə əlaqə kəsildiyindən qurbanların sayını dəqiqləşdirmək mümkün deyil”, - o vurğulayıb.

Terrorçular Somalinin 61 hərbçisini öldürdüklərini bildiriblər. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM