​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb

10:34 | 18.08.2016
​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb

​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb

Son 4 ayda Ermənistan Silahlı Qüvvələrinin 94 hərbçisi əlil statusu alıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Hərbi-Sosial Ekspert Agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, Azərbaycanın işğal altında olan torpaqlarındakı aprel döyüşlərindən sonra Ermənistan ordusunun 14 hərbçisi əlil olub.

Məlumata görə, bu il aprelin 11-dən etibarən 94 erməni hərbçisi əlil statusu alıb, amma bu yekun göstərici deyil. Çünki əlil statusu almaq üçün müraciət etməyən hərbçilər də var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM