Son 6 ayda 360 rus agenti ifşa edilib və saxlanılıb

15:04 | 28.02.2023
Son 6 ayda 360 rus agenti ifşa edilib və saxlanılıb

Son 6 ayda 360 rus agenti ifşa edilib və saxlanılıb

Son 6 ayda Ukraynada 360 rus agenti ifşa edilib və saxlanılıb. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk "The Independent” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin dostu Viktor Medvedçuk kimi tanınmış simalardan tutmuş Ukrayna qüvvələrinin harada olması barədə məlumat toplamaq istəyən siravi vətəndaşlara qədər hər kəs Ukrayna Təhlükəsizlik Xidmətinin hədəfindədir.

Malyuk bildirib ki, Rusiya onilliklər ərzində Ukraynanın müxtəlif orqanlarında, o cümlədən dövlət orqanlarında, kilsədə, hərbi sənaye kompleksində öz agentlərini yerləşdirib: "Fiziki və kiberhücumlara baxmayaraq, Ukrayna qalib gələcək".

 Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb