Rusiya vətəndaşları Putini istəyir - SORGU

11:41 | 02.05.2017
Rusiya vətəndaşları Putini istəyir - SORGU

Rusiya vətəndaşları Putini istəyir - SORGU

Rusiya vətəndaşlarının 64 faizi Vladimir Putinin 2018-ci ildə yenidən prezident seçilməsini istəyir. APA-nın "Kommersant”a istinadən verdiyi məlumata görə, bu barədə "Levada-Mərkəzi”n keçirdiyi sorğu nəticəsində məlum olub.
 
Respondentlərin 22 faizi 2018-ci ildə keçiriləcək prezident seçkilərində digər namizədin qələbə qazanmasının tərəfdarıdır.
 
Sorğunun nəticələrinə əsasən, seçkilər qarşıdakı bazar günü keçirilsə və seçici aktivliyi yüksək olsa, hazırkı prezident V. Putin 48 faiz səs toplamış olacaq.
 
Digər namizədlərə gəldikdə, Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) sədri Vladimir Jirinovskiyə sorğu iştirakçıların 3 faizi səs verməyə hazır olduğunu deyib. Daha 3 faiz Kommunist Partiyasının sədri Gennadi Zyuqanovu, 1 faiz isə müxalifətçi Aleksey Navalnını dəstəkləyib.
 
Respondentlərin 19 faizi səslərini kimə verəcəyini hələlik müəyyən etməyib. Daha 10 faiz sorğu iştirakçısı seçkilərə gedib-getməyəcəyinə qərar verməyib. Nəhayət, 13 faiz respondent seçkilərə getməyəcəyinə əmindir.
 
Qeyd edək ki, V. Putin özü prezident seçkilərdə iştirak edəcəyi barədə hələlik qərar verməyib.
 
Sorğu 31 mart-3 aprel tarixində Rusiyanın 48 regionunda 1600 nəfər arasında keçirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb