Sosial şəbəkələr istifadəçilərin qazancını müəyyən edir

15:55 | 14.09.2016
Sosial şəbəkələr istifadəçilərin qazancını müəyyən edir

Sosial şəbəkələr istifadəçilərin qazancını müəyyən edir

ABŞ-ın Pensilvaniya Universitetinin elmi işçiləri növbəti tədqiqatlarını keçiriblər. 

İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumata görə, nəticədə məlum olub ki, sosial şəbəkədə istifadəçinin davranışından onun gəlirlərini müəyyən etmək mümkündür. 

Mütəxəssislərin fikrincə, böyük qazanca malik insanlar çox vaxt qorxu və qəzəb ifadə edirlər. Onlar qeyri-kommersiya strukturlarının, həmçinin işgüzar dünyanın fəaliyyətini və siyasətini müzakirə edirlər. 

Daha böyük gəlirlərə malik şəxslər əsasən internet resurslarını son hadisələri monitorinq etmək və həmkarları ilə əlaqə saxlamaq üçün istifadə edirlər. Kiçik gəlir əldə edənlər isə bir növ təcavüzkar rolunu oynayır, senzuradan kənar sözlərdən istifadə edir, həmçinin həmsöhbətləri ilə mübahisə yaratmağa başlayırlar. Onlar üçün sosial şəbəkələr məişət problemlərini müzakirə etmək üçün bir yerdir.   

Mütəxəssislər "Twitter” resursunun 5 191 istifadəçisinin məlumatlarını təhlil ediblər. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb