"Qarabağ"ın yeni transferi sıradan çıxdı

"Qarabağ" ciddi itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin bu yay transfer etdiyi futbolçusu Əlhərbi Əl Jadeoui sıradan çıxıb.
Avropa Liqasının pley-off mərhələsində "Yanq Boyz"la keçirilən ilk matçda (1:0) zədələnən mərakeşli futbolçuda əzəli yırtığı aşkarlanıb. Onun 10-15 gündən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Bu isə o deməkdir ki, Jadeoui "Yanq Boyz"la cavab görüşündə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyunu saat 21:00-da başlayaca
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























